Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Müəyyən sağlamlıq problemləri olan insanlara kotletlərdən çəkinmək tövsiyə olunur.
Redaktor.az xəbər verir ki, bu haqda dietoloq və endokrinoloq Anton Polyakov xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, xüsusilə böyrək çatışmazlığı olan şəxslər zülal qəbulunu məhdudlaşdırmalı olduqları üçün ət məhsullarını, o cümlədən klassik kotletləri çox yeməməlidirlər.
Həkim əlavə edib ki, ağır piylənmədən əziyyət çəkən insanlara da qiymə donuz və mal ətindən hazırlanan klassik kotletlər tövsiyə edilmir.
Bununla yanaşı, Polyakov qeyd edib ki, bu məhdudiyyətlər toyuq və ya hinduşka kimi ağ ətdən hazırlanan kotletlərə şamil olunmur.
Mütəxəssis vurğulayıb ki, sağlamlıq problemi olan şəxslər qidalanma ilə bağlı qərar verməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Aytəkin TOFİQQIZI