Kimlər qurban kəsə bilər? VİDEO

05.06.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabahdan etibarən ölkədə 4 günlük Qurban bayramı başlayır. Hər bir müsəlman bu günə həvəslə hazırlaşır, imkanı çatdığı qədər bayram tədarükü görür.

Bəs, İslamda kimlər üçün qurban kəsmək vacib sayılır?. Qurban kəsərkən nələrə diqqət edilməlidir?

İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, qurban, bayram namazından sonra kəsilməlidir.

İlahiyyatçı həmçinin onu da bildirdi ki, maddi imkanı olmayan şəxslər qurban kəsməyə məcbur deyil. Borcla, kreditlə, sələm alaraq, haram pulla qurban kəsmək isə məqbul sayılmır.

Allaha edilən ibadətdə minnət olmamalı, reklam xarakteri daşımamalıdır.

Videomaterialı təqdim edirik. 
 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью