Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Hamilə qadınlar və 7 yaşdan kiçik uşaqlar klassik balıq suşisi yeməkdən çəkinməlidir.
Azpost.info bildirir ki, bu barədə dietoloq Tatyana Zaletova “Moscow 24″ə açıqlamasında deyib.
“Onların immun sistemləri daha həssasdır və emal olunmamış suşidə ola biləcək hər hansı parazit və ya bakteriya ciddi zərər verə bilər”, – deyə o izah edib.
Mütəxəssisin sözlərinə görə, nisbətən sağlam yetkinlər üçün həftədə bir və ya iki dəfə suşi yemək ən yaxşısıdır. Çünki yeməyin ağ düyüsü tez həzm olunur və qan şəkərinin kəskin artmasına səbəb olur.
Həkim qeyd edib ki, şuşi soya sousuna batırıldıqda dərhal çox miqdarda duzu özünə çəkir və bu da suyun tutulmasına səbəb olur.
Zaletova bildirib ki, optimal porsiya ölçüsü 6-8 ədəddir.