Kimlər Türkiyəyə şəxsi avtomobilləri ilə gedə bilər? RƏSMİ Xəbər saytı Son xəbərlər və Hadisələr

28.11.2024

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əhalini Sədərəkdən Türkiyə ilə keçid məntəqəsinə rahat gedib-gəlməsi üçün avtobusla təmin etmişik.

Bunu Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat naziri Rahid Ələkbərli deyib.

Nazir vurğulayıb ki, Naxçıvanda əhalinin güzəranının yaxşılaşdırılması və Türkiyəyə çıxışının təmin olunması məqəsədilə Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan vətəndaşların Türkiyəyə quru yolla keçidi təmin olunur.

"Türkiyəyə avtobus xətləri olmasa da, insanlar öz şəxsi avtomobilləri ilə Türkiyəyə gedib-gələ bilirlər. Lakin Sədərək rayonundan Türkiyə ilə keçid məntəqəsinə gedib-gəlməsi üçün əhalini avtobusla təmin etmişik", - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью