Kimlərə pulsuz dərmanlar verilir? RƏSMİ AÇIQLAMA

18.03.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.

Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.Dəyişikliyə əsasən, "Trikafta", "Kalideko" , "Orencia" , "Livmarli" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer alan dərmanların sayı 131-ə çatıb.

Bəs Azərbaycanda hazırda kimlərə pulsuz dərman verilir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev bildirib ki, pulsuz dərman təminatı müəyyən kateqoriyaları əhatə edir:

“Azərbaycanda sosial həssas əhali qruplarının və spesifik xəstəliklərdən əziyyət çəkən şəxslərin dərman təminatı dövlət tərəfindən sistemli şəkildə həyata keçirilir və bu istiqamətdə təminat hər il daha da genişləndirilir.

Hazırda vətəndaşların pulsuz dərman vasitələri ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və dövlət proqramları çərçivəsində həyata keçirilir.

Pulsuz dərman təminatı əlilliyi olan şəxsləri, onkoloji, şəkərli diabet, hemofiliya, talassemiya, xroniki böyrək çatışmazlığı kimi həyati vacib və xroniki xəstəliklərdən əziyyət çəkənləri, İİV/QİÇS və vərəm xəstələrini, Çernobıl qəzasından zərər çəkmiş şəxsləri, qaçqın və məcburi köçkünləri, aztəminatlı ailələri, uşaqları və sosial həssas qrupları, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxsləri,  şəhid ailələrini və digər imtiyazlı şəxsləri əhatə edir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью