Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq sərəncamlarla bir sıra dövlət qurumlarında çalışan şəxslərin vəzifə maaşları artıırılıb.
KONKRET.az həmin qurumların siyahısını təqdim edir: Prezidentin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb.
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları 10% artırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.