Kimmix aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırdı

16.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmix gələcəyinin necə olacağı ilə bağlı sualı cavablandırıb 

Fanat.Az xəbər verir ki, "Bild" Almaniya nəhəngi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq futbolçunun sözlərini belə çatdırıb:

"Hamının durumum barədə məlumatı var. Mənim üçün bu, çox vacib qərardır. Ailəm özünü Münhendə çox rahat hiss edir. Digər tərəfdən, mənim həm də karyeramla bağlı planlarım var. Nə istədiyimi, hara getmək istədiyimi götür-qoy etməliyəm".

Kimmix bu mövsüm "Bayern" forması ilə bütün turnirlərdə 23 oyuna çıxaraq 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə qiymətləndirir.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью