Kimmix “Bavariya” ilə müqavilə uzatdı

13.03.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Yozua Kimmix “Bavariya” ilə müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu 30 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzaladığını açıqlayıb.

Futbolçu 2015-ci ildən “Bavariya”da çıxış edir. Kimmix burada 8 dəfə Almaniya çempionu, həmçinin 2019/20 mövsümündə Çempionlar Liqasının qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью