Kimmix Bayern in ilk məğlubiyyətinin səbəbini açıqladı

25.01.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya Bundesliqasının 19-cu turunda "Auqsburq"a uduzaraq (1:2) cari mövsüm çempionatda ilk yenilgisini alan "Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmix məğlubiyyətin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini klubun rəsmi saytı belə çatdırıb:

"Yenildiyimizi qəbul etməliyik. Bu, layiqli məğlubiyyət deyildi. "Auqsburq" bizi meydanda üstələmədi, amma qələbəni də haqq etmirdik. Bizdə müəyyən anlamda qələbə istəyi çatmadı. O qədər də gümrah deyildik və 90 dəqiqə ərzində sabit ritmi tuta bilmədik. "Auqsburq" bizdən daha aqressiv idi.

Əlbəttə, xüsusilə evdə həmişə qələbə qazanmaq istəyirik, lakin ən önəmlisi bu məğlubiyyətə necə reaksiya verməyimizdir. Yenilgi barədə hələ bir neçə gün düşünəcəyik. Biz öz səviyyəmizi göstərə, ardıcıl qol epizodları yarada bilmədik".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью