Kimmix ÇL də 100 ə çatdı

05.11.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda PSJ ilə matç "Bavariya"nın yarımmüdafiəçisi Yoşua Kimmix üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, o, sözügedən görüşdə meydana çıxmaqla Çempionlar Liqasında 100-cü oyununu keçirmiş olub. 

30 yaşlı ÇL tarixində 100 matç həddinə çatan 52-ci futbolçudur. O, həmçinin "Bavariya" tarixində bunu bacaran 5-ci futbolçu olub.

Daha əvvəl Tomas Müller, Manuel Noyer, Filip Lam və Oliver Kan da Münhen təmsilçisi ilə ÇL-də 100 oyun keçiriblər. 

Qeyd edək ki, Kimmixin "Bavariya" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью