Kimmix: “Dəhşətli hisslər yaşayırıq”

30.06.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Almaniya millisinin futbolçusu Coşua Kimmix dünya çempionatına vidalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Paraqvaya uduzduqları (1:1, penaltilər 3:4) görüşdən sonra “Maqenta TV”yə açıqlamasında bunları deyib:

“Məğlubiyyətə layiq idik. Dəhşətli hisslər yaşayırıq. Səviyyəmizə bərabər olmayan üç komandaya qarşı pis oynadıq. Yekunda mundialla vidalaşdıq. Növbəti turnirlərdə daha güclü olmaq üçün çalışmalıyıq.

Məsuliyyətin səbəbkarı biz oyunçulardır. Meydanda olan bizik. Burda nə baş məşqçinin, nə medianın günahı var. Səhvləri edən biz olduq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью