Kimmix Real a keçməyəcək

24.01.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

"Bayern"in yarımmüdafiəçisi Coşua Kimmix "Real"a keçməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "Marca"ya istinadən xəbər verir ki, yarımmüdafiəçinin xidmətləri "kral" klubuna təklif olunsa da, Madrid klubu bundan imtina edib.

Coşua Kimmixlə "Barselona" da maraqlanır. Bu mövsüm futbolçu "Bayern"in heyətində 28 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.

Futbolçunun Münxen klubu ilə müqaviləsi bu ilin yayında başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью