Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uzun müddətdir zədədən əziyyət çəkən PSJ-nin futbolçusu Presnel Kimpembe meydana çıxmağa hazırdır.
QOL.az xəbər verir ki, fransalı müdafiəçinin adı sabah Çempionlar Liqasında "Bavariya" ilə keçiriləcək oyun üçün iştirak ərizəsinə daxil edilib.
29 yaşlı futbolçu 2023-cü il fevralın 26-da zədələnib. Axil vətəri cırılan müdafiəçi uzun müddət sonra meydana çıxmaq imkanı qazanıb.
Qeyd edək ki, Presnel 2014-cü ildən PSJ-də çıxış edir.