Kimpembe yaşıl meydanlara qayıdır

25.11.2024

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Presnel Kimpembe yenidən yaşıl meydanlara qayıdır.

Apasport.az xəbər verir ki, onun adı 638 gün sonra PSJ-nin iştirak ərizəsinə daxil edilib.

Müdafiəçi sabah Çempionlar Liqasında "Bavariya" ilə keçiriləcək oyunda meydana çıxmaq şansı qazanıb.

Fransalı futbolçu 2023-cü il fevralın 26-da zədələnib. O, Axil vətərinin yırtılması səbəbindən yaşıl meydanlardan kənar qalıb.

Qeyd edək ki, Kimpembe 2014-cü ildən PSJ-də çıxış edir.

“Real”da ciddi itki De Bleker "Kəpəz"in futbolçuları ilə görüşüb İsveç millisinin üzvü Premyer Liqada klubunu dəyişə bilər Azarkeşlər komanda avtobusuna hücum ediblər - VİDEO "Çelsi" yeni hücumçu tapıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью