Kimsə onu sülhə məcbur etməlidir Peskov

03.03.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Ukraynadakı münaqişənin həlli üçün konstruktiv təşəbbüslər tələb olunacaq və kimsə Volodimir Zelenskinin sülh istəməsi üçün səy göstərməlidir".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında mübahisədən sonra onların Ağ Evdəki görüşünün nəticələrini həll etmək üçün xeyli səy göstərilməli olacaq.

"Bundan əlavə, əlbəttə ki, kiminsə Zelenskinin özünü mövqeyini dəyişməyə məcbur etməsi çox vacibdir. O, sülh istəmir, kimsə Zelenskini sülh istəməyə məcbur etməlidir", - Peskov bildirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью