Kimsəsiz olmasın bircə uşaq da | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
“Flame Towers”də (“Alov qüllələri”) rejissor, aktyor Hikmət Rəhimovun “Apatiya 2” filminin qala gecəsi keçirilib.
Gecədə filmin yaradıcı heyəti, tanınmış incəsənət adamları və media təmsilçiləri iştirak ediblər.
Filmin quruluşçu operatoru İman İmanov, bəstəkarı Qurban Abbaslı, quruluşçu rəssamı Zaur Abdullayevdir.
Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Hikmət Rəhimov, Azər Aydəmir, Əjdər Zeynalov, Zülfiyyə Qurbanova, Rasim Cəfər, Şəhla Əliqızı və başqaları ifa edirlər.
Ekran işi sevgi və diqqətdən kənarda qalan uşaqlara ithaf olunur.
Film həm də müəllif təxəyyülünün cəmiyyətdə dərinləşən sosial və psixoloji problemlərə münasibətidir.
Rejissor bu filmi tammetrajlı bədii ekran əsəri olan “Apatiya”nın davamı olaraq çəkib.
Tam oxu
Xəbəri oxu