Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. 2 noyabr Bollivud ulduzu Şahrux Xanın doğum günüdür.
Ölkə.Az yaxın günlərdə Azərbaycana salam göndərdiyi videosu ilə gündəmə gələn aktyorla bağlı maraqlı faktları bir araya toplayıb.
Hindistanda “Kral Xan” ləqəbi ilə tanınan Şahrux Xan 1965-ci ildə Hindistanın Yeni Dehli şəhərində anadan olub.
Bütün dünya onu Şahrux adı ilə tanısa da, əsl adı Əbdül Rəşid Xandır.
Atası Meer Tac Məhəmməd Xan Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan Hindistanın ən gənc azadlıq döyüşçülərindən biri idi.
Aktyor 15 yaşında atasını, təxminən 26 yaşında anasını itiririb.
Bu hadisədən dərin sarsıntı keçirən Şahrux Xan kədəri ilə mübarizə aparmaq üçün aktyorluğu seçib.
Şahrux Xan Dehli Universitetinin Hans Raj Kollecində iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə məzun olub.