Kimyaçı alimin beynəlxalq rəyçi fəaliyyəti sertifikata layiq görülüb AZƏRTAC

21.01.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru professor Əfsun Sucayev dünyada məşhur “Elsevier” nəşriyyatının “Food Bioscience” jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, o, 2024-cü ildə təqdim olunan hər bir əlyazmanı dəqiq və dürüst araşdıraraq, onun dərc olunması üçün uyğunluğu barədə obyektiv rəy verməklə sözügüdən jurnalın nüfuzlu beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.

“Food Bioscience” multidissiplinar fənlərlə əlaqəli qida tədqiqatları sahəsində son inkişaflar üçün bir forum təmin etmək məqsədi daşıyan jurnaldır. Jurnal qida biotədqiqatının etnik və mədəni aspektlərinə xüsusi diqqət yetirməklə bütün dünyada fundamental və tətbiqi tədqiqatların mühüm nəticələrini yayımlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью