Kimyaçı alimlər beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparıblar

17.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin alimlərinin Türkiyədən olan həmkarları ilə birlikdə apardıqları beynəlxalq səviyyəli tədqiqatların nəticələri “Wiley” nəşriyyatının “Chemistry and Biodiversity” jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat zamanı zərif üzvi sintezin imkanlarından istifadə etməklə sintez olunmuş yeni birləşmələrin bioloji hədəflərlə qarşılıqlı əlaqəsini qiymətləndirmək üçün yetişdirilmiş monokristalın rentgen struktur və Hirşfeld səthi analiz edilib.

Birləşmələrin müxtəlif bakteriyalara qarşı “in vivo” olaraq bioloji fəallığının müqayisəli təhlili aparılıb.

Qeyd edək ki, “Chemistry and Biodiversit” jurnalının təsir əmsalı 2.47-dir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью