Kimyaçı alimlərin yeni monoqrafiyası nəşr olunub

28.04.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev, dosent Manaf Manafovun ADNSU-nun professoru Sakit Rəsulovla birlikdə “Neft dispers sistemlərinin reologiyası“ monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada neft dispers sistemlərində hidrodinamika və kütlə ötürülməsi məsələləri təhlil edilib. Dispers mühitlərdə baş verən əsas proseslərin struktur-sistem təhlili aparılıb. Qeyri-sabit dispers sistemlərinə xas olan aqreqasiya və çökmə prosesləri, mühitdə strukturun formalaşması araşdırılıb.

Kitab neft dispers sistemlərində hidrodinamika, kütlə və istilik mübadiləsi ilə məşğul olan mütəxəssislər, həmçinin texnoloji ixtisaslar üzrə təhsil alan tələbə və doktorantlar üçün nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью