Kimyaçılar bayquşlar a qarşı

27.02.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, günün sonuncu qarşılaşması Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edəcək. Bu komandalar arasında keçirilən ilk görüşdə qapılara qol  vurulmayıb.

Qeyd edək ki, bu mərhələnin digər iki görüşü sabah keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab qarşılaşması

19:30. "Sumqayıt" - "Sabah"

(ilk oyun 0:0)

 Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью