Kimyaçılar bayquşlar ı zəhərləyə biləcək?

29.03.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 28-ci turunun ikinci oyun günü Sumqayıtda yekunlaşacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Sabah"ı qonaq edir.

"Kimyaçılar son iki matçı qələbə ilə başa vurub. Hazırda aktivində 28 xal olan komanda turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. "Bayquşlar" isə 35 xalla beşinci yerdədir. Vasili Berezutskinin baş məşqçisi olduğu kollektiv bu gün qalib gələcəyi halda dünən "Qarabağ"a məğlub olan "Turan Tovuz"la aralarındakı xal fərqini azalda bilər. 

Cari mövsümdə "Sumqayıt" və "Sabah" arasında baş tutan 3 matçda tərəflər hərəyə 1 qələbə qazanıblar, 1 görüşdə isə qapılara qol vurulmayıb. 

Qeyd edək ki, Misli Premyer Liqasında 28-ci tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.

Misli Premyer Liqası

IV dövrə, XXVIII tur

19:00. "Sumqayıt" - "Sabah" 

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью