Kimyaçılar boz qurdlar a qarşı

17.05.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək oyunlardan biri də Sumqayıtda baş tutacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Turan Tovuz"u qonaq edir.

"Kimyaçılar" üçün bu qarşılaşma formal xarakter daşıyır. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "boz qurdlar" üçün isə əksinə, bu görüşün çəkisi ağırdır. Tovuz klubu səfərdən 1 xalla dönsə, dördüncü yeri təmin edəcək.

Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXV tur

17:00. "Sumqayıt" - "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu,

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью