Kimyaçılar dənizçilər ə qarşı

18.01.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Səbail"i qəbul edir.

18 turdan sonra "kimyaçılar" 20 xalla turnir cədvəlində altıncı, "dənizçilər" isə 8 xalla sonuncu pillədə qərarlaşıb. Meydan sahibləri kimi Cavid Hüseynovun komandası da 2025-ci ilin ilk rəsmi görüşündən qalib ayrılmağa çalışacaq.  

Cari mövsümdə bu komandalar arasında baş tutan əvvəlki iki görüş sumqayıtlıların qələbəsi ilə yekunlaşıb - 1:0, 2:1.  

Qeyd edək ki, turun digər iki qarşılaşması - "Turan Tovuz" - "Kəpəz" və "Neftçi" - "Sabah" oyunu sabah keçiriləcək.

Misli Premyer Liqası

III dövrə, XIX tur

18:30. "Sumqayıt" - "Səbail"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью