Kimyaçılar qartallar ın qonağıdır

20.04.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 31-ci turuna Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "Sumqayıt"ı qonaq edir.

Turun mərkəzi qarşılaşmasında mövsümün çempionu bəlli ola bilər. Meydan sahibləri məğlub olacağı təqdirdə "Qarabağ" tarixində 12-ci dəfə qızıl medallara sahib çıxacaq. 

Qeyd edək ki, turun digər qarşılaşmaları dünən və srağagün keçirilib.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

19:00. "Zirə" - "Sumqayıt"

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev 
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə. İdman Kompleksinin Stadionu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью