Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya 34 qutu sənəd təqdim edib

05.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 5 iyun, AZƏRTAC

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı Suriyanın aidiyyəti qurumlarının 34 qutu sənəd təqdim etdiyini açıqlayıb. Təşkilat həmin sənədləri təhlil edəcək.

AZƏRTAC xəbər verir ki, təşkilatın bəyanatında hazırki Suriya hökumətinin kimyəvi silahların qadağan olunması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəal işlədiyi vurğulanıb.

Eyni zamanda, təşkilat əvvəlki hökumət tərəfindən açıqlanmamış kimyəvi sursatların mövcud ola biləcəyi ilə bağlı narahatlığını ifadə edib.

BMT-nin Baş katibinin müavini və tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu təşkilatın Təhlükəsizlik Şurasında Suriyanın kimyəvi silah proqramına dair keçirilən iclasda çıxış edərək Suriya hökumətinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı ilə davam edən əməkdaşlığını yüksək qiymətləndirib.

O qeyd edib ki, BMT-nin nümayəndə heyəti Suriyada bir sıra obyektlərə səfər edib. Həmin məkanlarda əvvəlki hökumət tərəfindən müxtəlif bölgələrə qarşı kimyəvi hücumlarında istifadə edilmiş maddələrə bənzər nümunələr aşkar olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью