Kin Komo nun hədəfində: 40 MİLYON AVRO

24.08.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

İtaliyanın “Komo” klubu heyətini Moyze Kinlə gücləndirməyə yaxındır.

Apasport.az xəbər verir ki, “Fiorentina”nın hücumçusu ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəlinib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Sesk Fabreqasın rəhbərlik etdiyi komanda italiyalı forvardı əsas transfer hədəfi hesab edir. Tərəflər hazırda keçidin yekunlaşdırılması üçün danışıqları davam etdirirlər.

“Komo” Kinin transferi üçün “Fiorentina”ya 40 milyon avro ödəməyə hazırdır. Müqavilədə daha 5 milyon avro bonusun nəzərdə tutulması gözlənilir.

Qeyd edək ki, Moyze Kin 2024-cü ilin yayından “Fiorentina”da çıxış edir.

Çeferindən İnfantino ilə bağlı qərar – FIFA prezidentliyinə namizəd olmayacaq “Liverpul”dan ilk tur rekordu: 14 mövsümdür məğlub olmur Nunyesin klubu bəlli oldu - RƏSMİ Aktürkoğlunun durumuna aydınlıq gəldi Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью