Kino Agentliyinin baş direktoru: “Tarixi filmlər baha başa gəlir”

25.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan kinematoqrafiyasının uzun illik bir tarixi var və bu tarix zamanı çox sayda, o cümlədən, tariximizə aid olan filmlər çəkilib”.
Bizim.Media xəbər verir ki, bunu Kino Agentliyinin baş direktoru Rəşad Əzizov "Azərbaycan irsinə səyahət” layihəsi haqqında media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, tarixi mövzuda çəkilən filmlərin əksəriyyəti Sovet İttifaqı dövrünə təsadüf edir. İttifaqın dağılmasından sonra kino sənayesi inkişafını davam etdirsə də, maddi dəstək və infrastruktur təminatında müəyyən zəifləmə baş verib:
"Nəzərə alsaq ki, tarixi filmlər bahalı filmlərdir. Yəni müasir dövrü çəkmək daha asandır. Tarixi filmlərin çəkilişi, bəlkə, bu gün texnologiyalar, xüsusi olaraq, süni zəkadan istifadə etməklə bir az asanlaşa bilər, amma yenə də yaradıcı proses, aktyor oyunu, dekorasiyalar, maraqlı hekayələr tələb edir".
Baş direktor vurğulayıb ki, əsas məqsədlərdən biri müasir müstəqil Azərbaycanın öz tarixi filmlərini yaratmaqdır:
"Bu məqsədi bizim qarşımıza ölkə rəhbərliyi və ictimaiyyət qoyub".
Günay Şahmar, Tural Xəlil, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью