“Kino olmasaydı, yəqin ki, axırım yaxşı olmazdı” ANONS

29.08.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Əməkdar artist Abbas Qəhrəmanovla söhbətdən:

* Mən obrazı gördüyüm kimi təqdim etməyin tərəfdarıyam. Bəzən buna qarşı çıxırlar. Amma mən öz yolumla getmişəm, oynamışam. Sonra daşqalaq olunmuşam, teatrdan çıxarılmışam.

* Rejissorlarla problem baxış məsələsidir. Filmlərdə belə deyil, mənimlə razılaşırlar. Amma teatrda müəyyən çərçivəyə salmaq istəyirlər. Teatrda tamaşa bir-iki nəfərin üzərində qurulur, digərləri ikinci planda qalır.

* Həsən Turabova dedim ki, aktyorlar eyni vaxtda bir neçə tamaşada oynayır, amma bir maaş alırlar. Halbuki teatr pul qazanmalıdır, xüsusilə də Yeni ildə gəlir artır və bu, aktyorlarla bölüşülməlidir.

* Əslində sistem olsaydı, çoxdan uğur qazanmışdıq. Mən aktyorları yalnız maaşa görə işlədə bilmərəm. İndi maaş yaxşıdır, amma daxili stimul yoxdur. Əgər hər tamaşadan qonorar alsaydılar, yanaşmaları tamam başqa olardı.

* Teatr məbəddir, amma 200 il əvvəlki formada qala bilməz. Onun strukturu yenilənməlidir ki, məbəd yenidən canlansın.

* Mən bir dəfə təklif etmişdim ki, fəxri adlar ləğv edilsin, əvəzində pul verilsin. Kapitalizm dövrüdür. Sonradan gördüm ki, bu adlara da pul yazıldı. Amma sənət fəxri adla ölçülmür.

* Heç vaxt öndə olmamışam. Yubileyim olur, amma yada salan yoxdur. Bununla belə, tamaşaçılar qarşısında aciz deyiləm.

ABBAS QƏHRƏMANOVLA MÜSAHİBƏNİN TAM VARİANTINI “525-Cİ QƏZET”İN SABAHKI SAYINDA OXUYA BİLƏRSİNİZ!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью