Kino sənayesi süni intellektlə hesablaşmalı olacaq

22.09.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Məşhur aktyor Tom Kruzun süni intellektin sürətli inkişafı fonunda incəsənətin və insan əməyinin gücündən bəhs edən emosional çıxışı gündəm olub.

Kult.az xəbər verir ki, bu barədə “Dedlayn” məlumat yayıb.

Aktyora həyatını həsr etdiyi kino sənayesinə süni intellektin mümkün təsiri ilə bağlı sual ünvanlanıb:

“İnsandan vacib heç nə yoxdur. Kinozallar ilk növbədə insanları bir araya gətirərək tamaşaçılar üçün ortaq təcrübə yaradır. Mən striminqə və ya buna bənzər platformalara qarşı deyiləm. Filmi kinoteatrda izləmək sadəcə incəsənətin başqa bir formasıdır”.

Kruz nümunə olaraq hazırkı yay kino mövsümünün nəticələrini də göstərib:

“ABŞ-da mayın 1-dən Əmək Gününədək kinoteatrlardan əldə olunan gəlir 4,76 milyard dollar təşkil edərək yay mövsümünün rekord göstəricisinə çatıb. Bu rəqəmlər tamaşaçıların hələ də insanlar tərəfindən yaradılan hekayələrə baxmaq və real insan əməyini görmək istədiyini göstərir. İnsanlar bu təcrübəni yaşamaq istəyirlər. Onlar kinoteatrlara gedirlər. Mən həmişə insanlığa inanıram. Süni intellektin inkişafı qaçılmazdır və kino sənayesi bununla hesablaşmalı olacaq. Lakin bu, yaradıcı insanları dayandırmamalıdır. Süni intellekt qarşısında yaradıcılığımızı davam etdirməliyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью