Kino ulduzu Tayler Reyk ə dönür

12.10.2025

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Kino ulduzu Olqa Kurilenko "Tayler Reyk 3" döyüş filminə dönür. Aktrisanın yeni bölümdə də iştirak edəcəyi bildirilir.
Reyting.az
-ın "Collider" nəşrinə istinadla verdiyi məlumata görə, aktyor Kris Hemsvortun baş rolu ifa etdiyi və iki bölümü artıq lentə alınmış "Tayler Reyk" filmlərinin rejissoru Sem Harqreyev deyib ki, üçüncü hissənin çəkilişlərinə 2026-cı ildə başlanacaq.
Harqreyev bildirib ki, hələlik layihənin dəqiq tarix müəyyən edilməyib, çünki bu yeni ekran əsəri ilə bağlı planlar Hemsvortun "Qisasçılar: Qiyamət günü" filmində aktyor kimi çəkilməsindən, eləcə də iş qrafikindən asılıdır.
Harqreyev onu da qeyd edib ki, filmin nümayişi 2027-ci ildə gözlənilir.
Rejissor təsdiqləyib ki, məşhur aktyor İdris Elbanın canlandırdığı obraza növbəti filmdə daha geniş yer ayrılacaq. Eyni zamanda Harqreyevin açıqlamasında qeyd olunur ki, yeni lentə alınacaq hissədə demək olar, rol bölgüsü ilə bağlı dəyişikliklər yoxdur. O, Qolşifte Fərəhaninin və Olqa Kurilenkonun (Miya) da öz rollarında qalacaqlarını söyləyib.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью