Kinoaktrisanın paylaşımına milyonlarla şərh yazılıb | Icma.az
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nikol Kidman Hollivud ulduzu, 58 yaşlı kinoaktrisa Nikol Kidman sosial şəbəkələrdə kiçik bacısı Antoniya ilə birlikdə çəkdirdiyi yeni foto paylaşımına milyonlarla şərh yazılıb.
Reyting.az xəbər verir ki, bəzi şərh yazanların fikrincə, ola bilsin, Kidman bu paylaşımı gərginlikdən qurtulmaq üçün edib və foto "mən tənha deyiləm",- jestidir.
Çünki məşhur aktrisanın ilk dəfə fotosunu paylaşdığı bacısı mediadan qaçmağa üstünlük verən bir qadın kimi xarakterizə olunur.
Məlumata görə, Avstraliya əsilli ABŞ kantri musiqi ifaçısı, bəstəkar, gitaraçı, həmçinin dünya şöhrətli musiqiçi Kit Urbanla 19 illik evliliyinə son qoyan Hollivudun bu məşhur kinoaktrisası boşandıqdan sonra yaşadığı çətin dövrdə daha çox ailəsi ilə vaxt keçirir.
Nikol Kidman yeni foto paylaşımını qısa şəkildə "Bacılar" sözləri və çiçək emojisi ilə imzalayıb.
Aktrisanın bacısı, 55 yaşlı Antoniya teleaparıcı kimi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, hazırda Avstraliyada yaşayan və altı uşaq anası olan Antoniya Hollivudun ulduz aktrisası Nikol Kidmanın kiçik bacısıdır.
Tam oxu
Xəbəri oxu