Kinoya baxmasam, yata bilmirəm

10.12.2024

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Mətanət İsgəndərli hər gün bir filmə baxır.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb.

"Mən kinonu çox sevirəm. Hər gün bir filmə baxmasam, yata bilmirəm. Mütləq bir kinoya baxmalıyam. Xarici, tarixi filmlərə, yerli və Türkiyə seriallarını da izləyirəm. Son zamanlar türk serialları çox maraqlıdır. Amma uzadırlar, ona görə də sonuna qədər baxmıram. Bizdə nə qədər gözəl aktyorlar var. İstəyirəm ki, silsilə filmlər, seriallar çəkilsin. Biz hər barədə istedadlıyıq" deyə, sənətçi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью