Kioxia xalis mənfəətini 46 dəfə artırıb

02.08.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Kioxia" xalis mənfəətini 46 dəfə artırıb.

Banco.az xəbər verir ki, Yaponiyanın çip istehsalçısı "Kioxia Holdings Corp." cari ilin aprel–iyun aylarını əhatə edən rübdə xalis mənfəətini 46 dəfə artıraraq 842,17 milyard yenə (5,3 milyard dollar) çatdırıb.

Kompüterlər, smartfonlar və digər rəqəmsal cihazlar üçün yaddaş çipləri istehsal edən Tokio mərkəzli şirkət aprel–iyun dövrünə dair maliyyə nəticələrini açıqlayıb.

Maliyyə hesabatına əsasən, şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 46 dəfə artaraq 842,17 milyard yen təşkil edib.

Bu artım əsasən məlumat emalı mərkəzləri üçün yaddaş çiplərinə yüksək tələbat və süni intellekt sektorunun inkişafı fonunda çiplərə olan ehtiyacın artması hesabına baş verib.

Şirkətin satış gəlirləri də beş dəfədən çox artaraq 1,77 trilyon yenə (11,2 milyard dollar), əməliyyat mənfəəti isə 28 dəfə yüksələrək 1,27 trilyon yenə (8 milyard dollar) çatıb.

"Kioxia"nın maliyyə direktoru Yoşihiko Kavamura jurnalistlərə açıqlamasında bildirib: “Çip bazarının inkişafının hələ ilkin mərhələdə olduğuna və tələbatın artmaqda davam edəcəyinə inanırıq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью