Kipr klubu azərbaycanlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır

30.03.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Erzurumspor"un transfer etmək istədiyi Rüfət Abdullazadə üçün daha bir təklif var.

Sportal.az saytına verilən məlumata görə, "Səbail"in gkapitanını Kipr klubu istəyir.

"Etnikos Axna" klubu Rüfəti yayda heyətinə qatmaq üçün hərəkətə keçəcək. Klub onunla maraqlandığını isə indidən futbolçuya bildirib.

Vaxtı ilə Araz Abdullayevin də formasını geyindiyi klub yayda Abdullazadə ilə 2 illik müqavilə imzalamağı planlaşdırır.

Qışda "Erzurumspor”dan təklif almış futbolçu “Səbail”i çətin durumda buraxmaq istəməyərək yaya qədər komandada qalmaq qərarı vermişdi. 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью