Kipr klubu “Qarabağ”ın legionerinə təklif göndərdi

10.01.2025

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın hücumçusu Redon Cicaya yeni təklif gəlib.
Bizim.Media xəbər verir ki, Albaniyalı bu dəfə Cənubi Kiprdən dəvət alıb.
Ölkənin aparıcı klublarından birinin rəhbərliyi onunla əlaqə saxlayıb və mümkün transfer barədə danışıb. O da öz növbəsində Atdam təmsilçisinin nümayəndələrini məlumatlandırıb.
26 yaşlı forvard 2023-cü il yanvarın 24-də “Tirana“dan “Qarabağ”a keçib. 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью