Kipr milli məsələmizdir, heç vaxt tək qoymayacağıq Ərdoğan

15.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin 43-cü ildönümü münasibətilə təbrik paylaşımı edib.

Modern.az xəbər verir ki, Ərdoğan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib və Kipr türklərinə salamlarını çatdırıb.

“Kipr bizim milli məsələmizdir. Kipri nə olursa olsun, heç vaxt tək qoymayacağıq. Həmrəyliyimizi bütün sahələrdə daha da gücləndirməyə davam edəcəyik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью