Kipr sahilində zəlzələ oldu

17.11.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

Kipr Respublikasının sahilində 4 maqnitudalı zəlzələ olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Aralıq dənizinin şərqində qeydə alınmış yeraltı təkanların episentri Türkiyənin Mərsin şəhərinin Anamur rayonundan 186 km cənubda yerləşib. Təbii hadisənin ocağı 4 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью