Kipr sahilində zəlzələ olub

17.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Kipr Respublikasının sahilində 4 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Aralıq dənizinin şərqində qeydə alınmış yeraltı təkanların episentri Türkiyənin Mərsin şəhərinin Anamur rayonundan 186 km cənubda yerləşib. Təbii hadisənin ocağı 4 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, daha əvvəl Xəzər dənizində zəlzələ qeydə alınmışdı.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью