Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tanzaniya bayrağı altında üzən ticarət gəmisi Kipr sahillərində batıb. Hadisə oktyabrın 30-da axşam saatlarında Pafos şəhərindən təxminən 166 kilometr qərbdə baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Birgə Xilasetmə Əməliyyatları Koordinasiya Mərkəzi (JRCC) məlumat yayıb.
Gəmidə olan 10 dənizçi saat 20:15 radələrində Larnaka koordinasiya mərkəzinə qəza siqnalı göndərib. Yardıma helikopter, dəniz polisi katerı və yaxınlıqda olan Panama bayrağı altında üzən “MSC Hannah III” ticarət gəmisi cəlb edilib.
Bütün ekipaj üzvləri xilas edilərək Limassol limanına çatdırılıb. Həkim müayinəsindən sonra onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Kipr Xarici İşlər Nazirliyi hadisə barədə müvafiq səfirlikləri məlumatlandırıb.
Bizim.Media