Kipr yığması San Marinonu darmadağın edib VİDEO

12.10.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

San-Marino yığması evdə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Kipr millisindən ağır məğlubiyyət alıb.

İdman.biz xəbər verir ki, Serravalledə keçirilən qarşılaşma meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Kipr yığmasının heyətində qolları 9-cu dəqiqədə Loizos Loizu, 59-cu dəqiqədə Stelios Andreu, 67-ci dəqiqədə Qriqoris Kastanos və 79-cu dəqiqədə Andronikos Kakulis vurublar.

Qeyd edək ki, bu qələbədən sonra Kipr millisi xalını 8-ə çatdıraraq H qrupunda 3-cü pilləyə yüksəlib. San-Marino isə hələ də xalsız qalaraq sonuncu – 5-ci yerdə qərarlaşıb. Qrupun lideri 15 xalla Avstriyadır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью