Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şimali Kipr sahillərində 267 nəfərin olduğu “Filo Jet” sərnişin gəmisinin batması ilə bağlı istintaqda yeni mərhələ başlayıb. Türkiyə mediasının yaydığı xəbərlərdə deyilir ki, qəza ilə bağlı saxlanılan 9 nəfər – gəminin kapitanı, 7 ekipaj üzvü və daşıyıcı şirkətin bir əməkdaşı Girnə Qəza Məhkəməsinə çıxarılıb. İstintaq çərçivəsində saxlanılan şəxslərin ifadələrinin alınması və hadisənin texniki tərəflərinin araşdırılması gözlənilir. Məlumatlarda o da bildirilir ki, “Filo Jet”in ekipaj üzvlərinin arasında Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olub.
XQ