Kiprdə hərbi təlimlər zamanı 13 kiloqramdan çox trotil yoxa çıxıb

31.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Kiprdə keçirilən hərbi təlimlər zamanı 13 kiloqramdan çox trinitrotoluol (trotil) çıxıb.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Kristofer Pyeris məlumat yayıb.

Onun sözlərinə görə, hadisə yanvarın 29-da Limassol vilayətinin Kalo Xorio kəndində yerləşən poliqonda baş verib. Mühəndis qoşunlarının təlimləri zamanı proqramda nəzərdə tutulan nəzarətli partlayış baş tutmayıb. Təhlükəsizlik qaydalarına əməl edildikdən sonra ərazi yoxlanılıb və iki partlayıcı qurğunun yerində olmadığı aşkarlanıb.

Məlumata görə, itkin düşən qurğular raketlərin məhv edilməsi üçün nəzərdə tutulub və ümumilikdə 30 funt, yəni təxminən 13,6 kiloqram trotil ehtiva edib.

Hadisədən sonra yanvarın 30-na planlaşdırılan təlimlərin ikinci günü araşdırma başa çatana qədər təxirə salınıb.
Kipr mətbuatının yazdığına görə, Müdafiə Nazirliyində insidentin böyük ehtimalla partlayıcı maddənin oğurlanması ilə bağlı olduğu ehtimal edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью