Kiprdə kubok qazanan ilk azərbaycanlı

04.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycanlı futbolçu Murad Məmmədovun formasını geyindiyi “Pafos” Kipr Superkubokunu qazanıb.

Futbolpress.az xəbər verir ki, komanda həlledici oyunda “Omoniya”ya qalib gəlib – 1:0.

Murad zədəli olduğu üçün görüşü buraxıb.

Məmmədov Kiprdə kubok qazanan ilk azərbaycanlı kimi tarixə düşüb.

Vinger bu yay “Neftçi”dən “Pafos”a keçib. O, 3 oyunda 1 qolla yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью