Kiprdəki məğlubiyyət istefaya səbəb oldu

28.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın “Dinamo” klubu baş məşqçisi Olseksandr Şovkovski ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis Konfrans Liqasında Kiprdə “Omoniya”ya məğlubiyyətdən (0:2) sonra istefaya göndərilib.

“Dinamo” Ukrayna çempionatında 13 turdan sonra 20 xalla 7-ci sıradadır. Komanda Konfrans Liqasında 4 turdan sonra 3 xalla 27-cidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью