Kiprdən olan hakimlər Neftçi üçün Bakıya gələcək

18.07.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Neftçi"nin "Dinamo" (Minsk) ilə Bakıda keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq. Ona Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də "Palms Sports Arena"da baş tutacaq "Neftçi" - "Dinamo" matçı saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 30-da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью