Mia.az saytına istinadən Icma.az xəbər verir.
UEFA Avropa Liqasında sabah axşamm "Fənərbağça"nı qəbul edəcək FCSB məşqçisi İlias Xaralambus jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbul komandasını indiyə qədər qarşılaşdıqları ən güclü rəqib adlandıırb.
45 yaşlı məşqçi "Fənərbağça"nın çox yüksək keyfiyyətli bir komanda olduğunu bildirib: "Deyə bilərəm ki, "Fənərbağça" indiyə qədər qarşılaşdığımız ən yaxşı komandadır. İndiyə qədərki nəticələrimizə baxanda əlimizdən gələni etməliyik. Görürük ki, onların çox yüksək keyfiyyətli oyunçuları var. Sabah xarakter göstərməliyik. Bilirik ki, çox çətin olacaq. Bu, futboldur və mübarizə aparmalıyıq. Bunu sabah meydanda əks etdirmək istəyirik. Futbolda nə olacağını heç vaxt bilmirsən. Azarkeşlərimiz bunun üçün çox çalışdığımıza əmin olmalıdırlar".
Komandanın zəif oyunundan danışan kiprli məşqçi məsuliyyətlərinin fərqində olduğunu da sözlərinə əlavə edib. Lakin istefa fikrində olmadığını deyib: "Buradan getmək mənim üçün çox asandır. Məsuliyyəti öz üzərimə götürürəm. Sadəcə başını götürüb getmək mənim xarakterimdə deyil. Mən buradayam, işimin məsuliyyətindəyəm və vəzifəmi yerinə yetirirəm. Kim olduğumu, nə etdiyimi bilirəm və bu, mənim üçün kifayətdir".
Fərid ASLAN
MİA.AZ