Kir Starmer bir il ərzində üçüncü yüksək vəzifəli köməkçisini dəyişir

28.08.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

London, 28 avqust, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bir il ərzində üçüncü dəfə Baş nazirlik ofisindəki yüksək vəzifəli əməkdaşını dəyişir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Downing Street”in rəhbər heyətinə başçılıq edən Baş nazirin şəxsi katibi Nin Pandit cəmi on ay əvvəl bu vəzifəyə təyin edilmişdi. O, daha əvvəl vəzifədən ayrılan Baş nazirin kabinet rəhbəri Syu Qrey və kommunikasiya direktoru Metyu Doyldan sonra vəzifədən kənarlaşdırılan üçüncü yüksək səviyyəli əməkdaşdır.

BBC-nin məlumatına görə, Baş nazir Nin Panditin fəaliyyətini səmərəsiz hesab edib. Lakin “Downing Street” bu fikirlərlə razılaşmır və K.Starmerin ona etimadının davam etdiyini bildirir. Pandit bundan sonra Baş nazirlik ofisində siyasətin icrası ilə bağlı yeni vəzifəyə təyin olunacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью