Kir Starmer “Brexit”dən sonra ilk dəfə Aİ liderlərinin görüşündə iştirak edəcək AZƏRTAC | …
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London, 30 noyabr, AZƏRTAC Böyük Britaniyanın Baş naziri Kir Starmer “Brexit”dən sonra ilk dəfə Avropa İttifaqı (Aİ) liderlərinin görüşünə dəvət olunub.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, toplantı 3 fevralda Belçikada keçiriləcək və Aİ liderləri Avropanın təhlükəsizliyi mövzusunda qeyri-rəsmi müzakirələr aparacaqlar.
Baş nazir 27 üzv dövlətin liderləri ilə birlikdə Avropa İttifaqı Şurasının yeni prezidenti Antonio Kosta tərəfindən təşkil edilən naharda iştirak edəcək.
Bu, 2020-ci ildə Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra bir britaniyalı baş nazirin ilk dəfə belə bir toplantıya dəvət olunmasıdır.
Bu dəvət Britaniyanın Aİ ilə münasibətlərini yaxşılaşdırmaq istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.
Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu