Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 5 sentyabr, AZƏRTAC Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərində mənzil alarkən vergi rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa verib.
AZƏRTAC xəbər verir ki, onun istefasının ardından Baş nazir Kir Starmer kabinetində dəyişikliklər həyata keçirib.
Yenilənmiş siyahıya görə, maliyyə naziri Reyçel Rivz öz vəzifəsində qalsa da, digər əsas postlarda ciddi dəyişikliklər baş verib.Ədliyyə naziri Şabana Mahmud daxili işlər naziri təyin olunub.
O, bu dəyişikliklə hökumətin ən mühüm vəzifələrindən birinə yüksəlib.
Mahmudun yerinə isə indiyədək xarici işlər naziri olan Devid Lammi ədliyyə naziri postuna gətirilib.
Daxili işlər naziri İvet Kuper isə bundan sonra xarici işlər naziri kimi fəaliyyət göstərəcək.Bu dəyişikliklər İ.
Kuper üçün geriləmə kimi qiymətləndirilir. O, daxili işlər naziri olduğu müddətdə əsas prioritet kimi qeyri-qanuni miqrasiya ilə mübarizəni